Deyirlər
ki, öz həyat hekayəni yazanda qələmi başqasının əlinə vermə... Mən bəlkə də
artıq normal cəmiyyət qurbanlarından birinə çevrilmişəm. Onlar istədiyi üçün
Tibbə daxil olmuşam və hələ də orada oxuyuram. Bəli, qələm onların əlindədir.
Belə mi olmalıydı? Tibb - həkimlik çox gözəldir, çox çalışmaq tələb etsə də,
gözəldir. Heç vaxt qorxacağımı düşünməzdim uşaq vaxtlarımdan bəri..heç bir
canlıdan; hətta vəsvəsələri də uzaq tutmuşdum daima özümdən. Amma artıq
qorxuram – gələcəyimdən, istədiyim kimi yaşamayıb peşman olmaqdan. Hələ də vaxt
var bəlkə, imkan yarada bilərəm bəlkə. Bu bəlkələri düşünərək keçirdiyim
anlarda zaman əleyhimə işləyir, bilirəm. Amma düşünməkdən başqa heç nə edə
bilmirəm, əlimdən bir şey gəlmir. Daima verilən sualları cavablamağa yönəltmişəm
özümü, cavabını bilmədiyim sual olmasın istəmişəm. Amma mən sadəcə verilə biləcək
suallara hazırlaşmışammış. İndi özüm suallar yaradıram, cavablamağa çalışıram.
Əlbəttə, bacarmıram... cavabını bilmədiyim sualları bilirəm çünki, ya da
cavabından qorxduğum sualları. Nə üçün bu universiteti seçdim?- onlar istədiyi
üçün, bəlkə də özümü sınağa saldım ən çətin gələ biləcək seçimi edərək. Sadəcə
nəyi istəsəm, edə biləcəyimi özümə isbat etmək istəmişdim, amma dərsimi aldım.
Bu çox ağır oldu, məncə. Daha dözə bilməyəcəyim qədər ağır. Istədiyim şey məndən
asılı olarkən əlimdən gələn qədər, bəlkə də sadəcə kifayət edəcək qədər
çalışıram, sırf ona nail olmaq üçün çalışıram. Amma məndən asılı olmayan şeyləri
düşünməmişdim.. Səhv, böyük səhv. Digərlərinin etməli olduqları və əlimdən gəlməyən
şeyləri heç mi heç düşünməmişdim. Bu vəziyyətə düşəcəyimi düşünməmişdim. Yəni
istəmədiyin bir şeyi etmək bu qədər mi ağır olar?/ Bir şey bu qədər mi uzun
müddət dəyişmədən düşüncələrində asılı qalar? Bir səhv bu qədər mi böyük nəticələr
doğurar? Sonu başdan yazılıbmış etdiklərimin, sadəcə mən oxumamışdım; bəs
indi peşmanam mı?- şübhəsiz; nə edə bilərəm?- bəlkə də heç nə. Amma sadəcə
keçmişi dəyişmək üçün heç nə. Gələcəyimi dəyişmək üçün gözləyirəm.
Gözləyirəm, olacaq, nəsə olacaq. ALLAH bilir məni, düşündüklərimi, hissetdiklərimi. Layiq olsam, əlbət nail olacam istədiyimə. Yetər ki, layiq olmağı bacarım. İndi əlimdən gələn sadəcə budur: istəmək, lap çox istəmək; çalışmaq, kifayət qədər deyil, bacardığım qədər çalışmaq. Layiq olmaq üçün çalışmaq. Və bir gün düşündüklərimin reallaşacağına inanmaq. İSTƏMƏK, ÇALIŞMAQ və İNANMAQ
Belə... artıq sadəcə doğru olduğuna inandığım və həqiqətən də olmaq istədiyim şəxs olmaq üçün çalışmağı qarşıma qoyuram. İstədiyim kimi yaşamaq, bundan ötrü çalışmaq, daim inanmaq, əl çəkməmək,,, İNŞALLAH alınacaq... Sözümə qüvvət bir şeir yazmasam, olmaz indi :)
Budur həyatdakı gözəllik ancaq:
Qüvvətli yaşamaq, canlı yaşamaq!
Məqsədim, məsləkim, şüarım budur,
Həmən əqidədir, həmən duyğudur.
Gələcək günlərə məni səsləyən,
Bir böyük yarına əməl bəsləyən,
Çarpışan, vuruşan nə bəxtiyardır!

Hiç yorum yok:
Yorum Gönder