İş
masasının qarşısında durdu. Tərəddüddədir... Tәqvim hәlә dә o gündә ilişib
qalmışdı. 30 iyun - Atası o tәqvimә son olaraq o tarixdә baxmışdı. Vә yenә,
üzәrindәn tam 1 il keçәndәn sonra o da hәmin tәqvimә baxırdı. Hәmin günü
tamamilә silmәk istәrdi. Mümkün olsaydı, edәrdi dә. Amma o qaralamaqla
kifayәtlәndi. Ailəsinin rəsminə baxır və gözləri dolur
yenə: "Bir ay sonra evlənəcəm.. onunla..." Bunu onlarla yaşamaq
istәrdi, bәlkә dә hәyatında әn çox bunu istәrdi... Amma hәr istәdiyinin
olmadığını öyrәnmişdi artıq. Artıq onları itirdiyindən tam olaraq 1 il
keçib. Dözmür, kompyuteri açır və yazmağa başlayır.
7 Mayıs 2015 Perşembe
Tanımaq...
İnsanları tanımaq... Bu o qәdәr qәribә bir hissdir ki. Birini
oxuya bilmәk. Birini hiss edә bilmәk. Eyni hisslәri yaşaya, eyni düşüncәlәri
fikirlәşә bilmәk...
Heç kimi tanıdığına peşman olma. Necә ki,
yaşadığın gözәl vә pis anlardan, etdiyin doğru vә yanlış hәrәkәtlәrdәn, hiss
etdiyin yaxşı vә pis hisslәrdәn peşman olmamalısan, bax, eynilә elә.
Bәlkә dә bir şeydәn ötrü peşman ola
bilәrsәn - birinin sәni tanımağına icazә verdiyin üçün. Sәni tanımaq - sәni
anlamaq, sәni hiss etmәk, sәni yaşamaq demәk; Sәni bütününlә birgә görmәk
demәk; Ruhunun varlığını, zәrifliyini, dәrinliyini hiss etmәk demәk.
Bax buna görә icazә vermәmәlisәn :)
Mənim gözəl bir adam var
Mənim gözəl bir adam var,
Yaşıllıqdı başdan-sona.
Yox fabriklər, yox zavodlar,
Yox dünyanın çirkli işi.
Hər kəs özü əkər-biçər,
Hər kəs özü üçün işlər,
Hər kəs hər kəs üçün işlər.
Suallarım və Cavablarım...
Səfillər - gözəl bir roman, yazarı Viktor Hüqo,
Cinayət və Cəza - gözəl bir roman daha, yazarı Fyodor Dostoyevski
Mona Liza - gözəl bir rəsm, rəssamı Leonardo Da Vinçi
Ulduzlu gecə - rəssamı Van Gogh, Guernica - rəssamı Pablo Picasso,
Ay işığı sonatası - gözəl bir bəstə, bəstəkarı Ludwig van Beethoven
Requem - bəstəkarı Wolfgang Amadeus Mozart
İnsan və Təbiət - ən mükəmməl sənət əsəri ikən, onun sənətkarı necə göz ardı edilə bilər?
Gecikmək...
Ən sevmədiyim xasiyyətimdir gecikmək. Bu xüsusiyyətimi sevməsəm də, qəbul edirəm. İnsanın bəzi xüsusiyyətləri dəyişməyə açıq olmur. Bəzən gecikməyin nəticələri olduqca ağır olur. İz qoyar bunlar. Baxdıqda o qədər də böyük şeylər olmazlar, amma izləri ömürlük qalar. Yadımda, məndə də olub belə bir şey. Niyəsə hər dəfə yadıma düşür. Hadisənin niyə o qədər təsir etdiyini də bilmirəm, əslində...
11 Nisan 2015 Cumartesi
Bəzən...
Bəzən dilədiyim kimi yaşamaq istəyirəm,
Bəzənsə yalnızca ölmək.
Lakin bacarmıram.
Bəzən sonsuza qədər yatmaq istəyirəm,
Bəzənsə yatmadan yaşamaq.
Lakin bacarmıram.
Bəzən dayanmadan danışmaq istəyirəm,
Bəzənsə ancaq susmaq.
Lakin bacarmıram.
Bəzən sadəcə doğruları demək istəyirəm,
Bəzənsə yalan danışmaq.
Lakin bacarmıram.
Bəzən çox xoşbəxt olmaq istəyirəm,
Bəzənsə ən bədbəxt olmaq.
Lakin bacarmıram.
Bəzən heç nə olmaq,
Bəzənsə hər şey.
Bəzən heç kim olmaq
Bəzənsə hər kəs.
Bəzən yoxluq olmaq,
Bəzənsə varlıq.
Lakin bacarmıram.
Bəzən heç düşünməmək istəyirəm,
Lakin bacarmıram,
Bilirəm, bacarmaram.
Bəzənsə yalnızca ölmək.
Lakin bacarmıram.
Bəzən sonsuza qədər yatmaq istəyirəm,
Bəzənsə yatmadan yaşamaq.
Lakin bacarmıram.
Bəzən dayanmadan danışmaq istəyirəm,
Bəzənsə ancaq susmaq.
Lakin bacarmıram.
Bəzən sadəcə doğruları demək istəyirəm,
Bəzənsə yalan danışmaq.
Lakin bacarmıram.
Bəzən çox xoşbəxt olmaq istəyirəm,
Bəzənsə ən bədbəxt olmaq.
Lakin bacarmıram.
Bəzən heç nə olmaq,
Bəzənsə hər şey.
Bəzən heç kim olmaq
Bəzənsə hər kəs.
Bəzən yoxluq olmaq,
Bəzənsə varlıq.
Lakin bacarmıram.
Bəzən heç düşünməmək istəyirəm,
Lakin bacarmıram,
Bilirəm, bacarmaram.
Kaydol:
Kayıtlar (Atom)