19 Aralık 2014 Cuma

Kiçik şeylər..

İnsan həyatı boyunca çox şeyə üzülür. Həqiqətən dəyməyən çox şeyə... Gec anlayır bunu. Hamının axmaq bir səbəbə görə üzüldüyü olub. Kiçik üzüntülər - həyatımızın mənası. Hələ uşaq ikən daha çox olur. Yadımda, nələrə üzüldüyüm,buna görə də həyatım boyunca unutmayacağımı düşündüyüm və unutmadığım. O qədər kiçik şeylər ki hamısı. Onlardan biri :)
Uşaq idim. Hələ çox uşaq idim, bilirəm. Amma yenə də unuda bilmirəm...
Heyvanları sevirəm. Bir çox insandan daha dəyərlidir mənim üçün. Uşaq vaxtı da daima onlarla oynamışam. Və buna görə, demək olar, çox az hallarda qorxuram onlardan. Bu da insanlardan qorxumdan daha azdı))  

Pages - Menu