5 Haziran 2020 Cuma

Durduq yerə. O, bu həyatı sevmək üçün çalışmışdı. Bunu heç kim inkar edə bilməz. Amma uğursuz olmuşdu. Bu, onun qərarı idi. Və kimsənin qarışmağa haqqı yox idi. Görəsən doğurdan da belə idi mi? Ailəsi, dostları və onu sevən bütün insanlar. Onların da söz haqqı olmalı idi mi? Bu həyat hər kəsə bir dəfə verilir, əlbəttə ki, bilinən qədərilə belədi. Bunu istədiyi kimi yaşamaq və istədiyi zaman, istədiyi şəkildə sonlandırmaq üçün haqqı yoxmuydu? Onsuz da istədiyi şəkildə yaşamamışdı. Ən azından, istədiyi vaxt sonlandırmağa haqqı çatdığını düşünürdü. Bəlkə də düz idi, amma müzakirə yersizdi. O həyatını bitirmək istəmişdi və bitirmişdi də.

7 Mayıs 2015 Perşembe

Həyat bu...


İş masasının qarşısında durdu. Tərəddüddədir... Tәqvim hәlә dә o gündә ilişib qalmışdı. 30 iyun - Atası o tәqvimә son olaraq o tarixdә baxmışdı. Vә yenә, üzәrindәn tam 1 il keçәndәn sonra o da hәmin tәqvimә baxırdı. Hәmin günü tamamilә silmәk istәrdi. Mümkün olsaydı, edәrdi dә. Amma o qaralamaqla kifayәtlәndi. Ailəsinin rəsminə baxır və gözləri dolur yenə: "Bir ay sonra evlənəcəm.. onunla..." Bunu onlarla yaşamaq istәrdi, bәlkә dә hәyatında әn çox bunu istәrdi... Amma hәr istәdiyinin olmadığını öyrәnmişdi artıq.  Artıq onları itirdiyindən tam olaraq 1 il keçib. Dözmür, kompyuteri açır və yazmağa başlayır.

Tanımaq...

İnsanları tanımaq... Bu o qәdәr qәribә bir hissdir ki. Birini oxuya bilmәk. Birini hiss edә bilmәk. Eyni hisslәri yaşaya, eyni düşüncәlәri fikirlәşә bilmәk...

Heç kimi tanıdığına peşman olma. Necә ki, yaşadığın gözәl vә pis anlardan, etdiyin doğru vә yanlış hәrәkәtlәrdәn, hiss etdiyin yaxşı vә pis hisslәrdәn peşman olmamalısan, bax, eynilә elә.
Bәlkә dә bir şeydәn ötrü peşman ola bilәrsәn - birinin sәni tanımağına icazә verdiyin üçün. Sәni tanımaq - sәni anlamaq, sәni hiss etmәk, sәni yaşamaq demәk; Sәni bütününlә birgә görmәk demәk; Ruhunun varlığını, zәrifliyini, dәrinliyini hiss etmәk demәk.
Bax buna görә icazә vermәmәlisәn :)



Mənim gözəl bir adam var

Mənim gözəl bir adam var,
Yaşıllıqdı başdan-sona.
Yox fabriklər, yox zavodlar,
Yox dünyanın çirkli işi.
Hər kəs özü əkər-biçər,
Hər kəs özü üçün işlər,
Hər kəs hər kəs üçün işlər.


Suallarım və Cavablarım...

Səfillər - gözəl bir roman, yazarı Viktor Hüqo, 
Cinayət və Cəza - gözəl bir roman daha, yazarı Fyodor Dostoyevski
Mona Liza - gözəl bir rəsm, rəssamı Leonardo Da Vinçi
Ulduzlu gecə - rəssamı Van Gogh, Guernica - rəssamı Pablo Picasso,
Ay işığı sonatası - gözəl bir bəstə, bəstəkarı Ludwig van Beethoven
Requem - bəstəkarı Wolfgang Amadeus Mozart
İnsan və Təbiət - ən mükəmməl sənət əsəri ikən, onun sənətkarı necə göz ardı edilə bilər? 

Pages - Menu