7 Mayıs 2015 Perşembe

Suallarım və Cavablarım...

Səfillər - gözəl bir roman, yazarı Viktor Hüqo, 
Cinayət və Cəza - gözəl bir roman daha, yazarı Fyodor Dostoyevski
Mona Liza - gözəl bir rəsm, rəssamı Leonardo Da Vinçi
Ulduzlu gecə - rəssamı Van Gogh, Guernica - rəssamı Pablo Picasso,
Ay işığı sonatası - gözəl bir bəstə, bəstəkarı Ludwig van Beethoven
Requem - bəstəkarı Wolfgang Amadeus Mozart
İnsan və Təbiət - ən mükəmməl sənət əsəri ikən, onun sənətkarı necə göz ardı edilə bilər? 
                                           ###
Bəzən Yaradıcı olaraq Təbiət göstərilir. Nədir Təbiət? Biz təbiət haqqında danışarkən  nələrdən bəhs edirik? Canlılar və Cansızlar Aləmi??? Canlılar olaraq Heyvanlar və onlardan bir şaxə kimi İnsanlar; Bitkilər; Göbələklər; Bakteriya və Viruslar və də Cansızlar olaraq Torpaq, Su və s. mi??? Bunlar Təbiətsə, Yaradıcılar mı? Gözlərimizin önündə insanlar, heyvanlar, bitkilər, torpaq və su durur. Hansı insan hər şeyi yaratmağa qadirdir? Hər şey deyərkən Canlılar və Cansızlar aləmində olan bütün varlıqları... Və ya hansı heyvan, hansı bitki, hansı cansız varlıq buna qadirdir? 
İndi bir baxaq. Yaradıcı Təbiət deyəndə bunlar nəzərdə tutulmursa, hər hansı bir qüvvəyə işarə edilir, demək. O zaman bu qüvvə çox böyük olmalıdır. Digər heç bir varlıq tərəfindən yaradılmayacaq, yaradıla bilməyəcək qədər böyük bir qüvvə. Bu qüvvə bəzilərinə görə bir partlayış, bir parçalanma, bir çarpışma, fiziki hadisələr toplusu. Biz ona ilahi qüvvə deyirik və ALLAH adlandırıq. Nədir fərq? Heç nə.
                                              ###
Bəzən teoremləri isbat etmək üçün, biz onun əksinin ola bilməyəcəyini isbat edirik. 
                                            ###
ALLAH yaratmışsa hər şeyi, bəs onda ALLAH-ı kim (və ya nə) yaratmış deyə soruşurlar. ALLAH sözünün dərinliklərinə enməyənlər bilməz bunu - ALLAH "Uca Yaradan", "Yaradılmamış Olan" deməkdir. Yaradılmamış Olan-ı kim (və ya nə) yaratmış??? Bu mu? Bu mu hər şeyi sarsan o "fəlsəfə"? 
                                            ###
Əgər ALLAH varsa, bizi yaratmışsa və daim bizlərə nəzarət edirsə, nədir bu həyatdakı çətinliklər, haqsızlıqlar, pisliklər?- deyə soruşarlar. Bunların olmasını Uca Yaradanın yoxluğuna bağlayarlar. Bu mudur? Bir baxaq o zaman. 
Bir elm və ya dərs düşünün ki, siz sahənizdə daha yaxşı olmağınız, həmçinin irəli getməyiniz üçün onu dərindən bilməlisiniz. Və çox gözəl bir müəlliminiz var. Daim sizə çətin suallar verər. Verər ki, siz o suallara cavab tapmaq üçün daha çox oxuyasınız. Siz də bunun üçün çalışırsınız. Bəs o müəllim sizə əziyyət verdiyi üçün pisdir mi???
İndi həyatın bir dərs olduğunu düşünün. Daim çətin sınaqlardan keçirsiniz və daha yaxşı olmağınız üçün çalışırsınız. Çətin bir sınaq və keçdikdən sonra yuxarı bir pillə, daha çox çalışmaq,  sonrasında daha çətin bir sınaq və daha yuxarı bir pillə, yenidən, yenidən, yenidən - belə bir dövran. İndi bu həyatın müəllimini düşünün. Həyatınız boyu pisliklər, ədalətsizliklər və digər bütün çətinliklərlə sizi sınayan bir müəllim. Kim və ya Nə daim sizə nəzarət edər və belə çətin sınaqlarla sizi yuxarı pillələrə qaldırar?
                                              ###
Deist mi? Nə deməkdir bilirsiniz mi? Allahın varlığını bilirəm, onu qəbul edirəm, amma ona ibadət etmək gərək deyil - bu mu? Biri sizə ən kiçik bir kömək etdiyində belə, ona təşəkkür edirsiniz. Ata-ananıza doğulmağınıza vəsilə olduqları üçün minnətdarsınız. Amma sizi Yaradan-a qarşı heç bir şükran hissi yox mu? Tərs gedən nələrsə var o zaman. Ətrafımda gördüyüm bütün bu dünyanı və bütün sevdiklərimi Yaradan-ın şükrana ehtiyacı yox, demək. Birinin sizin az bir zamanınızı alacaq olan təşəkkürünüzə də ehtiyacı yox əslində - etdiyi nə olursa olsun. Amma Uca Yaradan-ın etdiklərini görüb, bilib də ona minnətdar olmamaq, bunu ifadə etməyə ehtiyac duymamaq, səhv işləyən bir çarxın hissəsi olmaqdır.







Hiç yorum yok:

Yorum Gönder

Pages - Menu