Bəzən dilədiyim kimi yaşamaq istəyirəm,
Bəzənsə yalnızca ölmək.
Lakin bacarmıram.
Bəzən sonsuza qədər yatmaq istəyirəm,
Bəzənsə yatmadan yaşamaq.
Lakin bacarmıram.
Bəzən dayanmadan danışmaq istəyirəm,
Bəzənsə ancaq susmaq.
Lakin bacarmıram.
Bəzən sadəcə doğruları demək istəyirəm,
Bəzənsə yalan danışmaq.
Lakin bacarmıram.
Bəzən çox xoşbəxt olmaq istəyirəm,
Bəzənsə ən bədbəxt olmaq.
Lakin bacarmıram.
Bəzən heç nə olmaq,
Bəzənsə hər şey.
Bəzən heç kim olmaq
Bəzənsə hər kəs.
Bəzən yoxluq olmaq,
Bəzənsə varlıq.
Lakin bacarmıram.
Bəzən heç düşünməmək istəyirəm,
Lakin bacarmıram,
Bilirəm, bacarmaram.