İllərdir, roman oxuyuram və bəzən də
yazıram, yazmağa çalışıram. Çox azı işıq üzü görüb, kimlərsə tərəfindən oxunub.
İtmiş yazılardır artıq hamısı.. İlk zamanlar səbəb istəməməyim idi, yazılarımı
oxutmaq istəmirdim. Çünki yazdıqlarımda düşüncələrim, hisslərim vardı, və mən
onları açmağa hazır deyildim; İndi hazıram mı? – bilmirəm. Tək bildiyim, son
zamanlar heç nəyin məni rahatlada bilməməsidir. Nə etmək istədiyimi, nə etməli
olduğumu, ən pisi isə hazırda nə etdiyimi belə bilmirəm. Düşüncələrim də
qarışıqdır. Bir şey yazmaq istəyirəm. Bir şey...Nəsə... Adı yoxdu, çünki
özüm də onu tanımlaya bilmirəm...Hisslərim, düşüncələrim, beynimi məşğul edən
şeylər-sanki yazarsam, daha düzgün anlayacağım şeylər. Sadəcə yazmaq –
içimdən keçdiyi kimi, fikirlərimi tam əks edə biləcəyim şəkildə yazmaq
istəyirəm...
Maraqlı ya da yararlı olsun deyә nәdәn yazmalıyam?? Başıma gәlәnlәr
ya hamının başına gәlmişdir, ya da sadәcә mәnim. Birincidә hamı anlar, hamı
bilәr onu; lakin köhnәlmişdir onlar düşüncәlәrimizdә. İkincidәysә, sadәcә mәn
anlaram nәyin nә olduğunu, necә hissetdirdiyini.. Bəlkə də ondan sadәcә
düşüncәlәrimi yazıram. Düşüncələrdən danışmaq hadisələrdən çox daha
çətindir bəlkə. Bəzən imkansızdır hətta. Əslində anlada bilәcәyimdәn heç də
әmin deyilәm onları, bu yazma sәbәbim dә deyildir. Amma yazıram.. Düşüncələrimdən
yazıram.. Düşüncәlәrin verdiyi ağırlıqdan qurtulmaq üçün başqa çarәm
olmadığından... yazıram. Nәticәdә, mәn düşüncәlәrimәm...
Yazmaq... Ən çox yaza
biləcəyim mövzu elə budur. Tükənməzdir bir növ. Yazmağa çox ehtiyacımın olduğu
anlar olur. Bəzi anlar vardır nəsə danışa bilmədiyin, danışaraq özünü sözlərlə ifadə
edə bilmədiyin. Lakin elə o anlarda düşüncələr qaynar, artdıqca-artar zehnində.
Amma desən, yüngülləşərsən bəlkə... 
Yazmaq çətindir. Sözünü, cümləni elə seçməlisən ki, həm istədiyin fikri ifadə etsin, həm də qarşındakılar anlasın. Danışarkən buna o qədər də riayət etmirik. Anlamasalar, düzəldə bilirik cümləmizi çünki. Əvvəl-axır fikrini ifadə
etməyin bir yolunu tapırsan. Qarşındakının reaksiyasından necə izah etməli olduğunu, onun dediklərinin hansı hissəsini anladığını tuta bilirsən. Amma yazanda nə yazsan, onu görəcək, onu oxuyacaqlar. Fikrini anlatmaq, izah etmək üçün sadəcə bir şansın var deməli :)
Bu o qədər də asan deyil əlbəttə. Həyatımın böyük bir qismi oxumaqla keçir... Dərslərdən fürsət tapdıqca romanlara vaxt ayırıram, bəzən də şeirlər oxuyuram.
Bəzən dərsləri də atıram o ayrı :) Tərcümə edilmiş əsər görəndə bu dediklərimi
düşünürəm daima - "Yazmaq həqiqətən çətindir". Bir ədəbi yazını tərcümə etmək də eynilə. Yazarın istəyini oxucuya
anladığı dildə, lakin elə yazarın ifadə etdiyi şəkildə çatdırmaq gərək. Ki, hazırda bunu etməyə qadir o qədər də çox tərcüməçimiz yoxdur. Ən azından mən çox az gözəl tərcümə olunmuş əsərə rast gəlirəm bu son zamanlar. Bir qədər keçmişə baxdıqda səbəbini anlayıram. O zamanlar başqa dillərdə yazılan əsərlər daha gözəl tərcümə olunub. Səbəb isə o əsərləri tərcümə edənlərin əsasən həmin dili bilən yazıçılar olmasıydı. Yazıçının sadəcə bir cümlədə nələri demək istədiyini ədəbi düşüncəsi olmayan anlamaz, ən azından, tam anlamaz...
Hiç yorum yok:
Yorum Gönder