O gün sıradan idi. Hər zamanki kimi. Ən azından elə
başlamışdı. Dərsdən çıxmışdım, evə qayıdırdım. Yolda qarşımdan bir ana və əlindən
tutduğu kiçik yaşlı oğlu gedirdi. Uşaq elə hey danışırdı. Ya sual verir, ya nəsə
istəyirdi. Anası isə bezmədən hər sualına cavab verirdi. Sevgisi səsində belə
hiss olunurdu, ya da mən hiss etməyə çalışırdım. Bəlkə də bu sonradan yadıma
salmağa çalışdığım, özümün qurduğum kiçik bir detaydır, artıq bilmirəm. Amma niyəsə
onları izləməyə davam elədim.