3 Ekim 2013 Perşembe

Varlıq sadəcə var olandır

   Bəzən düşüncələrim iradəmdən kənar olur... Sanki nə isə eləməliyəm, sanki mənə əmr verilir. Bəlkə də öz ehtiyacımdı və hələ də aşkar edə bilməmişəm... Bu düşüncələrə qapdırıram özümü heç bilmədən. Bir yuxu kimi... Bu zaman sanki düşüncələrimi görürəm, bir an canlanır və hərəkət edirlər... Nədir bunlar - bir uydurma, bir özünüaldatma, bir xəyal və ya xulya mı? Xeyir, deyil. Hələ də nə olduğunu bilməsəm də, var olduğunu bilirəm - sadəcə bunu. Amma yazdıqca daha da ağırlaşır, tapana qədər bu belə davam edəcək.
Gözlərim - məni daima yönləndirən xarici hissiyatım, bu dəfə mənə heç nəyi göstərmir, göstərə bilmir. Nə olduğunu bir bilsəydim... Tapa bilsəydim... Sanki dəyişəcəkmiş kimi, sanki fərqli bir şey olacaqmış kimi, mənlə bağlı, mənə təsir edəcək bir şey... Zehnimin qaranlığında gözlərim işimə yaramır, bu 5 duyğu ile kəşf etdiklərim, dərk etdiklərim bəs eləmir, kifayət deyil. Çünki var olan sadəcə bunlar deyil. 
Axı bilirəm... "Varlıq sadəcə var olandır". Nə gördüyümüz, nə eşitdiyimiz, nə hiss etdiyimiz - bunlar varlığın tamamını təşkil etmir. 10 hissiyatımız olsa belə, sadəcə   5-dən istifadə edirik, bununla varlığı necə dərk edə bilərik/ Özümüzdә var olanı ayırd etməmişkən, sahib olduqlarımızı tanımlaya bilmədiyimiz halda sahib olmadıqlarımız haqda nə deyə bilərik. Hansı ki varlığın əsasını təşkil edir. Görünmək və ya eşidilmək deyil ki varlıq...
Nələrsə var - başqa bir şeylər, görmədiyimiz, eşitmədiyimiz, qoxusunu bilmədiyimiz, hiss etmədiyimiz və ya sadəcə fərqində olmadığımız... Amma nədirsə, biz bu sadəcə xarici aləmi dərk edə bildiyimiz hissiyatlarla, üzvlərimizlə onu ayırd edə bilmirik, bilmərik...
İnsan - sadəcə var olanlardan biri və digər var olanları hiss etməsi üçün ona yetərli qüvvə verilib, amma ən qəribəsi isə, bu verilənlərin çox azından istifadə edə bilir. Beləsi mi xeyirlidir? Belə mi olmalıymış?...
Bəzən yetərlidir bunlar - istifadə etdiklərimiz. Gözlərimlə gördüklərim, qulağımla eşitdiyim bəs edir bəzən. Hətta çox vaxt bəs edir. Amma zehnimdə dolandığımda qaranlıqda o aşkar edə bilmədiklərim, yetərli qüvvəm varkən istifadə edə bilmədiyim hisslərimlə mi əlaqəli ?.. Bəzən bu istifadə etdiyim duyğularımın sadəcə maddiyyatı anlamağıma kömək edə biləcəyini düşünürəm. O zaman hər şey sabitləşir, maddiləşdikcə mənasızlaşır. Zaman belə anlamını itirir. Maddiyyat - yaşamaq üçün yetərli deyil...


Hiç yorum yok:

Yorum Gönder

Pages - Menu