Mənim gözəl bir adam var,
Yaşıllıqdı başdan-sona.
Yox fabriklər, yox zavodlar,
Yox dünyanın çirkli işi.
Hər kəs özü əkər-biçər,
Hər kəs özü üçün işlər,
Hər kəs hər kəs üçün işlər.
Mənim gözəl bir adam var,
Yollar torpaq o adada.
Yox asfaltlar, yox mərmərlər.
Evlər sadə, evlər rahat,
Yoxdur bina, villa, köşklər.
Hər kəs eyni yerdə yaşar,
Hər kəs bərabər yaşar.
Yox adamda fitnə-fəsad
Və də murdar siyasət.
Orda yoxdur mübahisə,
Dava-dalaş, müharibə.
Bunlar üçün tökülmür qan,
İnsan ölmür savaşlardan.
Hər kəs yoldaş, hər kəs qardaş.
Mənim gözəl bir adam var,
Orda bərabər insanlar.
Adamda heç yoxdur aclar,
Gözlər toxdur, qarın da tox.
Yoxdur bircə çılpaq uşaq
Hər kəs sadə, hər kəs gözəl.
Mənim gözəl bir adam var,
Yaşam gözəl o adada
Və xoşbəxtdir insanlar da.
Həyat fərqli, ölüm fərqli,
Dinc və sakitdir ruhlar da.
Mənim gözəl bir adam var,

Hiç yorum yok:
Yorum Gönder