10 Temmuz 2014 Perşembe

Sənsiz...

Artıq neçənci ildi sənsiz keçən... Neçənci yaz, neçənci qış. Bilmirəm, saymağı buraxalı çox oldu. Gözlərim dolur hər yadıma düşəndə. Geriyə gəlməyəcək o günlər - o gözəl günlər. Anlarımıza yenisi əlavə olunmayacaq. Keçmişin dönməyəcəyi kimi, gələcək də olmayacaq. Çünki... sən-yoxsan... Əllərin, gözlərin, gülüşün... sadəcə gözlərimdə, sadəcə zehnimdə. Zaman elə keçir ki. Bəzən unuduram özümü tamam, amma səni unuda bilmirəm. Elə bil bu həyatda yoxam. Fəqət mən varam, sadəcə sən yoxsan. Mən varam, lakin sənsiz varam. Mən sənsiz qalmışam.


Səhradayam - suyum səndin,
Susuz qalmışam.
Qaranlıqda işığımdın,
Qaranlığa qərq olmuşam.
Gecələrdə Ayım idin,
Səhərlərdə Günəşim,
Aysız, Günəşsiz qalmışam.
Mən sənsiz qalmışam...
Yenə dolar gözlərim
Hər yadıma düşəndə
Ki  geri gəlməyəcək
O sənli gözəl günlər…
Keçmişimiz dönməz
Gələcəyimiz də yox
Çünki sən yoxsan, yox
Tək görmək istədiyim sən,
Amma sənə koram mən.
Tək eşitmək istədiyim - səsin,
Amma səsinə karam mən.
Tək demək istədiyim - adın,
Amma dilsizəm.
Yox ki cəsarətim adını deyəm,
Ah, nədən mi qorxuram?
Yaş dolar gözlərimə,
Dərd dolar ürəyimə,
Səni səsləsəm,
Hay gəlməz harayıma.
Dözə bilmərəm.
Görməməyə dözsəm də,
Eşitməməyə dözsəm də,
Yoxluğunu qəbul etməyə
Dözə bilmərəm...
Gözlərin yox,
Gözlərinsiz qalmışam.
Səsin yox,
Səsinsiz qalmışam.
Sən yoxsan, yox-
Mən sənsiz qalmışam...


Hiç yorum yok:

Yorum Gönder

Pages - Menu