10 Temmuz 2014 Perşembe

Düşüncələr, düşüncələr...

Soruşdular - " Nә istәyirsәn? "
Dedim-yenidәn doğulub istәdiyim tәk yaşamaq;
Ya daha yaxşı olmaq, ya da heç var olmamaq;
Ya arzumdakı olmaq, ya da bir heç kim olmaq
Bir heç kim dә mәn olum bu kimsәsiz dünyada...
Bir insan olum bәlkә -
Heç kim olmayan kimi,
Düşüncәli, istәkli,
Daim işıqlar saçan әtrafdakı hәr yerә
Daim ümidli olan işıqlı gәlәcәyә
Bir varlıq olum bәlkә, yox olmayacam sanki
Ya da bir yoxluq olum, heç var olmamış kimi...

Bir Gün...


Bir gün yox olacam mən bu dünyadan;
Qeyb olacam - Göz görəndən, Qulaq eşidəndən…
Təkcə an olacam hafizələrdə
Təkcə rəsm olacam mən o gözlərdə

Mənsiz açılacaq bir gün bir səhər;
Mənsiz doğulacaq-batacaq günəş;
Mənsiz oyanacaq-yatacaq dünya;
Mənsiz yaşanacaq yenə bu həyat.

Bir gün olmayacam bu həyatda mən
Bir yoxluq olacam - tam da keçmiş tək.
     Keçmişdən bir rəsm,
     Keçmişdən bir səs,
     Keçmişdən yadigar…

"DÖZ"mə

Ah, bizə nə öyrətmişlər
Dözmək, səbr etmək ancaq.
Yaxşı olmasa belə
"Döz" demişlər daima.
Döz ki, bir gün gələcək 
Hər şey yaxşı olacaq.

Döz - hər cür yalan sözə;
Döz - hər rəng yalan gözə;
Döz - hər yalan ürəyə;
Elə bir gün gələcək,
Bax, bu saxta birlikdən
Təklik yaxşı olacaq.

Bu bütün haqsızlığa,
Yalana, nankorluğa,
Ədalətsiz dünyaya,
"Bir şey dəyişməyəcək"- 
Deyə üsyan eyləmə.
Döz və səbr et, döz.

Ah, səbr etdikcə sən belə
Elə bir gün gələcək,
Bax bu fani həyatdan
Ölüm yaxşı olacaq.
Dözməkdənsə, sən kimi
Ölsəm, yaxşı olacaq... 

Sənsiz...

Artıq neçənci ildi sənsiz keçən... Neçənci yaz, neçənci qış. Bilmirəm, saymağı buraxalı çox oldu. Gözlərim dolur hər yadıma düşəndə. Geriyə gəlməyəcək o günlər - o gözəl günlər. Anlarımıza yenisi əlavə olunmayacaq. Keçmişin dönməyəcəyi kimi, gələcək də olmayacaq. Çünki... sən-yoxsan... Əllərin, gözlərin, gülüşün... sadəcə gözlərimdə, sadəcə zehnimdə. Zaman elə keçir ki. Bəzən unuduram özümü tamam, amma səni unuda bilmirəm. Elə bil bu həyatda yoxam. Fəqət mən varam, sadəcə sən yoxsan. Mən varam, lakin sənsiz varam. Mən sənsiz qalmışam.

6 Temmuz 2014 Pazar

Hər gözəl şey bitər...

Hər gözəl şey bitər...
Ömür bitәr; 
Sevdiyin, sevildiyin, sevindiyin anlar - bitər
Xoşbәxt olduğun anlar da bitәr; 
Hәr şeyi anladığın, aydınlandığın zamanlar bitәr. 
Amma bir bax: 
Ümidsiz olub da heç nәyi anlamadığın, 
Dәrin dəryalara daldığın, 
Qaranlıqlara qapılıb da qaldığın anlar da bitәr. 
Nә yaxşı ki bitirlәr... 
Ya o dәrinliklәrә batıb qalsaydın/ 
Ya o qaranlıqda özünü tapa bilmәsәydin/ 
Ya yox olmaq istәdiyin bir an heç bitmәsәydi...


Nə yaxşı ki bitirlər...

Pages - Menu